AMB: "Məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfimiz yoxdur"

12:01 | 24.02.2016
AMB:

AMB: "Məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfimiz yoxdur"

"Əməliyyatlarımız yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib"

Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

İcmalda qeyd olunur ki, hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir: "Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. "Üzən məzənnə" rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir".

Məlumata əsasən, 2015-ci ildə manat əksər valyutalara nəzərən ucuzlaşıb. 2015-ci il ərzində manata qarşı ABŞ dolları 98,8%, avro isə 79% bahalaşıb. Qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnəsi indeksi 23,3% aşağı düşüb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 23,5% aşağı düşüb. Qiymət fərqləri real effektiv məzənnəyə 0,2% azaldıcı təsir göstərib.

Qeyd edək ki, real effektiv məzənnənin aşağı düşməsi qeyri-neft ixracının inkişafına və idxalın əvəzlənməsinə müsbət təsir göstərən amildir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb