American Thinker: Ermənistan – Rusiyanın Cənubi Qafqazdakı anklavıdır

17:16 | 25.08.2015
American Thinker:  Ermənistan – Rusiyanın Cənubi Qafqazdakı anklavıdır

American Thinker: Ermənistan – Rusiyanın Cənubi Qafqazdakı anklavıdır

Bir müddət əvvəl Amerikan konservatizmi mövqeyindən çıxış edən həftəlik "The American Thinker” jurnalı Ermənistanın Rusiyanın Cənubi Qafqazda anklavı olmasıyla bağlı məqalə dərc edib. Məqalənin müəllifi beynəlxalq əlaqələr və Avrasiya məsələləri üzrə ekspert Maksim Qaunindir. Yazını diqqətinizə çatdırırıq: 

Mən Parisin Sarbonna universitetində təhsil alarkən professorum, Rusiya və Şərqi Avropa coğrafiyası üzrə mütəxəssis Yann Riçarda Rusiya-Ermənistan əlaqələriylə bağlı sual vermişdim. Onun daha çox iqtisadi nöqteyi nəzərdən olan dəqiq cavabı yadımdadır: "Ermənistan... Rusiyanın anklavıdır”. Son 8 ildə bu məsələdə hər hansı bir dəyişiklik olubmu? Çətin ki. 

Rusiyanın bu nəzarətini, hətta dominantlığının qeyri-şərtsiz qəbul olunmasını anlamaq üçün mütləq tarixə və ideologiyaya baş vurmaq lazımdır. 19-cu əsrdə, daha dəqiq desək, 1912-ci ildə Ermənistan peyda olmağa başlayanda, Erməni milli hərəkatının Çar Rusiyasından  Osmanlı İmperiyasında və Rusiya Qafqazında yaşayan erməni əhalisinə görə umacaqları var idi. Ancaq Çar Rusiyası ermənilərdən yalnız öz məqsədləri üçün, Osmanlıya və Azərbaycan türklərinə qarşı, xüsusilə Azərbaycanda cücərən patriotizmə qarşı (1905) və şərqi Anadolunu (1914-17) işğal etmək üçün istifadə etdi. Buna baxmayaraq, qısa ömürlü Erməni Respublikası (1918-20) amerikanlardansa, Ağ rusları üstün tutdu. Soyuq Müharibə dövründə Erməni diasporasının əsas təşkilatları istiqamətlərini Sovetlərə tərəf dəyişdilər, 1970 və 1980-cı illərdə fəaliyyət göstərən əsas iki erməni terrorçu qruplaşması (ASALA və JGAC) SSRİ tərəfindən təşviq olunur və maddi baxımdan təchiz edilirdilər.  

SSRİ-nin dağılmasıyla böyük dəyişikliklər ümidində olanlar və 1991-ci ildə Ermənistanın "müstəqillik” qazandığını düşünənlərin ümidləri indi puç olub. Ermənistanda iqtidarda olan hökumətlər 1992-94-cü illərdə işğal siyasəti aparmağa başladılar və 1994-cü ildə bəri Azərbaycan qərb ərazilərini işğal altında saxlayırlar. ABŞ, BMT və Avropa Birliyi Azərbaycanın Beynəlxalq hüquq çərçivəsində qəbul olunan ərazi bütövlüyünü tanıdıqdan sonra Ermənistan hökumətlərinin ölkələrini Rusiyaya və İran mollalarına təhvil verməsi çətin ki, sürpriz olsun. Ermənistan 2013-cü ildən bəri AB üzvlüyü istiqamətindəki bütün çalışmalara və Avro-Atlantik inteqrasiya ilə bağlı planlarına son verib və Rusiya liderliyində Gömrük İttifaqına qoşulub. Prezident Serj Sarkisyan bu ilki çıxışlarında belə bir metafor işlədib: "Erməni konyakı Parisdə satıla bilməz, ancaq Rusiya Federasiyasında çox əla satılar”. İndi aydın olur ki, prezidentlər Nikola Sarkozi və Fransua Ollandın çox saylı cəhdləri və məsləhətləri faydasız olub. Bu həm Amerikan, həm də Avropa liderləri üçün bir nümunədir. 

Buna qarşılıq isə, Rusiyanın Cənubi Qafqazda yeganə hərbi bazası Ermənistandadır. 2015-ci ilin İyulun 2-də isə bəyan edildi ki, Ermənistana təkmilləşdirilmiş rus silahları almaq üçün 200 milyon dollarlıq güzəştli kredit veriləcək. Bu xərclər Ermənistanın təkcə Rusiyadan asılılığını göstərmir, həm də Ermənistan hakimiyyətinin xalqın rifah məsələləsini nəzərə almadan, qonşularına, xüsusilə demək olar ki, regionun ən Qərb meylli ölkəsi Azərbaycana qarşı düşmənçilik mövqeyinin prioritet olduğunu gözlər önünə sərir. Öz növbəsində isə, rəsmi Yerevan bütün Qərb dövlətlərinə və beynəlxalq hüquqa qarşı çıxaraq, Rusiyanın Krımı anneksiya etməsinə haqq qazandırıb. 

Ermənistanda isə əhalinin vəziyyəti ağırdır, bir-birini əvəz edən erməni hökumətlərinin irredantist siyasəti ölkəni ağır iqtisadi çöküşə sürükləyib: 2013-cü ildə adam başına düşən gəlirə görə Ermənistan dünyada 152-ci yerdə qərarlaşıb. Ermənistan real ərzaq problemi olan 3 ölkədən biridir. Kor işğaçılıq siyasəti Ermənistanın suverenliyini də təhlükə altına qoyub, amma bu başa düşüləndir, çünki bu, 1998-ci ildən hakimiyyətdə olan partiyanın (hərçənd 1998-dən əvvəlki partiya da beləydi) ideologiyası irredantist siyasəti hər şeydən üstün tutur. Prezident Sarkisyan hətta 2011-15 ci illər NATO üzvü olan Türkiyəyə qarşı ərazi iddialarını təkrarlayıb. Sonra isə ASALA terrorçuları (onlar da Türkiyə və Azərbaycana qarşı ərazi iddialarıyla çıxış edirdilər) üçün memorial abidə açıb. 

Bu ideologiya Qərb demokratiyasındansa, cənab Putinin ideologiyasına daha yaxındır. Aydın bir nümunə keçən il ortaya çıxdı, Rusiya dəstəkçisi olan ermənilər "avropa dəyərləri”ni təbliğ edən, o cümlədən "məişət zorakılığı” əleyhinə kampaniya aparan qərb meyilli həmvətənlərinə hücum etdilər. 

Ermənistanın seçimi var. Məntiq sadə bir yol xəritəsi cızır: Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı yoxsul, dağlıq ölkə olan və Rusiyayla quru sərhədi mövcud olmayan Ermənistan Ankara və Bakıyla ortaq razılığa gəlməli və üzünü AB ilə Amerikaya döndərməlidir. Bu aydın faktı görməmək və buna qarşı getmək Ermənistanın öz maraqlarına ziyan vurur, regionda Qərb qüvvələrinin strategiyası barədə danışmaq isə yersizdir. 

Maksim Qaun beynəlxalq əlaqələr və Avrasiya məsələləri üzrə ekspertdir. O, Avrasiya Elmləri Mərkəzinin (AEM Ankara) rəhbər üzvlərindən biridir. 

Tərcümə: Emin 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb