Analtik yazarlarımızın xaricə çıxışı məhduddur - Azay Quliyev- VİDEO

13:07 | 05.03.2024
Analtik yazarlarımızın xaricə çıxışı məhduddur - Azay Quliyev- VİDEO

Analtik yazarlarımızın xaricə çıxışı məhduddur - Azay Quliyev- VİDEO

Jurnalist sahəsində ixtisaslaşmış analtik yazarların xaricə çıxışı məhduddur və qeyri hökumət təşkilatları xaricdə Azərbaycana qarşı aparılan informasiya müharibəsində həssas olmalıdır. Bunu deputat Azay Quliyev deyib.
 
"Azərbaycana qarşı dünyada informasiya müharibəsi aparılır. Ölkəmizdə media siyasəti düzgün qurulub. Amma xaricdə Azərbaycan haqqında yazıları təhlil etsək görərik ki, Azərbaycan analtik yazarlarının xaricə çıxışı məhdudur. Jurnalist sahəsində ixtisaslaşmış qeyri hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini nəzərdən keçirməlidir. Elə etməliyik ki, bizim bu sahədə yazarlarımız fəal olsunlar və milli maraqlarımız üçün öz mövqelərini ortaya qoysunlar”, - deputat martın 5-də Milli Məclisdə "Media haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanuna münasibət bildirərkən deyib.
 
Deputat Sabir Rüstəmxanlı da təklif edib ki, Azərbaycanın xarici səfirliklərində mətbuat bölməsi olmalıdır və hər bir ölkəyə uyğun yazılar araşdırılaraq cavablandırılmalıdır. Rüstəmxanlı həmçinin diaspor təşkilatlarının bu işdə aktiv olmasının vacibliyini söyləyib.
 

 
Gülnar Nazimqızı






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM