Anara professor adı verildi

11:41 | 18.06.2014
Anara professor adı verildi

Anara professor adı verildi

Azərbaycan Yazıçılar Birliyinə dünən yenidən sədr seçilmiş Anar bu günlərdə yeni elmi ada layiq görülüb. 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından ANN.Az-a verilən məlumata görə, Anar Rəsul oğlu Rzayevə professor elmi adı verilib. Elmi adın sənədinin Anara təqdimatı bu yaxınlarda Ali Attestasiya Komissiyasının binasında olub.
Azərbaycan Yazıçılar Birliyindən də Anarın professor adı aldığı təsdiqlənib və bildirilib ki, bu təqdimat ötən ay - mayın 2-də gerçəkləşib, sadəcə ictimaiyyətə xəbər verilməyib.
Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. Anar 187-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
O, bir sıra dövlət və beynəlxalq mükafatlarının sahibidir. 1998-ci il martın 14-də Azərbaycan prezidenti Anarı 60 yaşı münasibətilə “İstiqlal” ordeni ilə təltif edib.
76 yaşlı Anar Rzayev 1987, 1991, 1997, 2004-cü illərdə Yazıçılar Birliyinin sədri seçilib. Dünən o, 5-ci dəfə bu qurumun rəhbəri seçilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb