Andrea Pirlo Bakıya gəlmək istəyir

12:37 | 30.06.2014
Andrea Pirlo Bakıya gəlmək istəyir

Andrea Pirlo Bakıya gəlmək istəyir

Millimizin 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibi olan İtaliyan yığmasının futbolçusu Andrea Pirlo fikrini dəyişib. Apasport.az saytının məlumatına görə, veteran futbolçu bundan sonra da “Skuadra Adzurra”nın formasını geyinməyə razı olduğunu açıqlayıb.

 

Pirlo bir müddət əvvəl DÇ-2014-dən sonra millidən gedəcəyini açıqlamışdı. Lakin Braziliyada fiasko yaşayan İtaliya yığmasından belə getmək istəməyən yarımmüdafiəçi AVRO-2016-da da komandasına kömək etmək istəyir: “Baş məşqçi bunu düzgün saysa, millidə oynamağa razıyam”.

 

Qeyd edək ki, Pirlo millidəki debütünü Bakıda edib. 2002-ci il sentyabrın 7-də AVRO-2004-ün seçmə oyununda yığmamızla qarşılaşmaya çıxan yarımmüdafiəçi ölkəsinin komandasında 112 görüş keçirib.

 

Millidə qalacaq Andrea bu il oktyabrın 10-da Reco-di-Kalabriyada, 2015-ci ilin eyni günündə isə Bakıda yığmamıza qarşı oynamaq imkanı qazanacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM