Ançelotti: "Kasilyasın səhvi yox idi"

13:44 | 20.08.2014
Ançelotti: "Kasilyasın səhvi yox idi"

Ançelotti: "Kasilyasın səhvi yox idi"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti dünən İspaniya superkubokunun ilk oyunu çərçivəsində Madrid "Atletiko"su ilə bərabərə qaldıqları oyun haqda danışıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis cütün taleyinə cavab matçında aydınlıq gələcəyini bildirib:

"Komandamın yaxşı oynadığını düşünürəm. Topa daha çox nəzarət etdik və rəqibi oyunboyu təzyiq altında saxladıq. Yarımmüdafiəçilər öz işlərinin öhdəsindən layiqincə gəldilər. 1:1 hesabı daha çox "Atletiko"nun işinə yarayır. Bu hesab onları rahatlatsa da, cavab matçında qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Xames Rodriqes yaxşı oyun keçirdi. Vurduğu qol onda özünəinamı bir qədər də artırdı. Kasilyasa gəlincə qol epizodunda onun edə biləcəyi bir şey yox idi. Top yaxın məsafədən qapıya daxil oldu".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı avqustun 23-də keçiriləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb