Anjelina Coli siyasətə qoşulur

21:30 | 22.05.2014
Anjelina Coli siyasətə qoşulur

Anjelina Coli siyasətə qoşulur

Məşhur Hollivud aktrisası Anjelina Coli bundan sonra özünü siyasətə həsr etmək istəyir. Amma aktrisa siyasət meydanında onu ciddi qəbul edəcəklərindən əmin deyil.

 

Kulis.az-ın məlumatına görə, o, planları barədə Amerikanın ABC kanalına danışıb.

 

Coli 5 il əvvəl heç bir halda siyasətlə məşğul olmayacağını desə də, indi fikrini dəyişib.

 

Aktrisa humanitar sahədə çoxillik fəaliyyəti ilə bacarığını təsdiq edib. O, humanitar missiya ilə Pakistana, Keniyaya, Sudana, Kosovoya və başqa ölkələrə səfər edib.

 

Coli siyasətdə ilk addımını keçən il Londonda “Böyük səkkizliy”in sammitində çıxışı zamanı atıb. Onda aktrisa dünya ictimaiyyətini müharibə bölgələrində qadınlara qarşı baş verən seksual zorakılıqla mübarizəyə səsləmişdi. Sammit çərçivəsində ölkələr məsələ ilə bağlı deklarasiya qəbul etmişdilər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM