ANN.Az məhkəmənin qərarından narazıdır - BƏYANAT

18:05 | 31.05.2016
ANN.Az məhkəmənin qərarından narazıdır - BƏYANAT

ANN.Az məhkəmənin qərarından narazıdır - BƏYANAT


Bugün jurnalist, Anntv.az-in redaktoru Rasim Əliyevin ölümündə iştirakçı olan "Qəbələ” futbol klubunun oyuncusu Cavid Hüeynovun 4 il azadliqdan məhrum olundu.  Məhkum cinayət məcəlləsinin 307.1 (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2(cinayəti gizləmə) maddələri üzrə təqsirli bilinib. 

Anntv.az istintaqin gedişini, habelə məhkəmənin qərarını obyektiv hesab etmir. 

Belə ki, Rasim Əliyevin ölümü ilə bağlı başladılmış cinayət işinin ibtidai istintaqı yekunlaşdiqdan və tərəflər iş materialları ilə tanış olduqdan sonra Cavid Hüseynov barəsində iş ayrı icraata götürülüb. Bu isə qanunvericiliyə ziddir. 

Anntv.az hesab edir ki, Bakı Şəhər Prokurorluğu, Cavid Hüseynovun işini başqa təqsirləndirilən şəxslərin işi ilə birgə məhkəməyə göndərməli vəya qanunvericiliyə uyğun olaraq  istintaq müddətində işini ayri icraata götürməli idi. Həmçinin məhkəmə ona təqdim olunan heç bir fakta (mərhum Rasim Əliyevin video yazisi və anasının, Teyfurə Əliyevanın ifadələrini) nəzərə alamayaraq işini prokurorluğa qaytarmadı. 

1 aprel 2016-ci il Bakı Ağır Cinayətlərə dair Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovun işi üzrə məhkəmə prossesi yekunlaşıb və onlar  təqsirli bilinərək E. İsmayılov 13, A. Əliyev 12 il 6 ay, C. Məmmədov 11 il, S. Mustafayev və K. Mədətov hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Rasim Əliyevin çay içmək adı ilə çağıraraq amansızlıqla döyüblər. Jurnalist döyülməsi nəticəsində 1 saylı şəhər kliniki xəstəxanaya müraciət edib və orada 9 avqust 2016-ci ildə vəfat edib. 

Anntv.az hesab edir ki, mərhum jurnalistə dəyən ağır zərbələrlə yanaşı lazımı və doğru tibbi yardım göstərilməyib. Bu isə jurnalistin ölümünə səbəb olub. Lakin Bakı Şəhər Prokurorluğu və məhkəmə həkimlərin məsuliyyətsizliyini sübut edən çox saylı faktları nəzərə almayaraq onları məsuliyyətə cəlb etməktən imtina ediblər.

Anntv.az Elşən İsmayilovu və diğərlərin haqqında məhkəmənin  çıxardığı qərarı alqışlayır.  Eyni zamanda həkimlərin məsuliyyətə cəlb olunmamasını düzgun hesab etmir və qətiyyətlə pisləyir. 
Anntv.az hesab edir ki,istintaq zamanı məhkəməyə təqdim olunan faktlara əhəmiyyət verilsəydi, prosses daha dərindən araşdırılsaydi və iş yenidən prokurorluğa göndərilsəydi Cavid Hüseynov barəsində verilən son qərar daha sərt ola bilərdi. Eyni zamanda Rasim Əliyevə doğru tibbi yardım göstərməyən həkimlər məsuliyyətə cəlb olunardı. 

Anntv.az Baki Apellyasiya Məhkəməsini yuxarıda qeyd etdiyimiz faktları nəzərə alaraq işi məhkəmə birinci instansiyasına oradan isə istintaqa qaytarılmasına çağırır. Həmçinin həkimlərin məhkəmə prossesinə çəlb edilməsini xahiş edir. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti