“Apple”dan tarixi rekord

09:19 | 16.02.2017
“Apple”dan tarixi rekord

“Apple”dan tarixi rekord

ABŞ-ın "Apple" korporasiyasının səhmlərinin qiyməti tarixi maksimuma çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, fevralın 14-də gündüz səhmlərin dəyəri 1% artaraq 134,90 dollara yüksəlib. Bu, 2015-ci ilin aprelində qeydə alınmış rekord gündüz maksimumundan (134,54 $) çoxdur. Bir gün əvvəl isə axşam seansında səhmlərin dəyəri 133,29 dollar olub ki, bu da 2015-ci ilin fevralındakı axşam rekordundan (133 $) yüksəkdir.
 
"Apple"ın bazar dəyəri artıq 700 milyard dolları ötüb. Sonuncu dəfə bu hədd  2015-ci ildə əldə edilib.
 
"Apple" hazırda dünyanın ən bahalı brendidir. Şirkət bu sahədə rəqibi "Alphabet"i 120 milyard dollar qabaqlayr.
 
Qeyd edək ki, "Microsoft", "Alphabet", "Netflix" və "Facebook" şirkətləri də bazar dəyərini artırıb. İlk beşliyin bazar dəyəri 2,57 trilyon dollar təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb