“Apple”in “iPhone” satışları kəskin azalıb

20:30 | 27.07.2016
“Apple”in “iPhone” satışları kəskin azalıb

“Apple”in “iPhone” satışları kəskin azalıb

Şirkətin xalis mənfəətində azalma var.

"Apple” bu ilin aprel - iyun dövrünü əhatə edən ikinci rüb maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, "Apple”in geriləməsi davam edir.

Oxu.Az Marja-a istinadən xəbər verir ki, bu ilin ikinci rübündə "Apple”in xalis mənfəəti ciddi azalıb.

Ötən ilin eyni dövründə (2015-in ikinci rübü) 10,7 milyard dollar xalis mənfəət əldə edən şirkət, bu ilin eyni dövründə 7,8 milyard dollar xalis qazanc təmin edib.

"Apple”in xalis mənfəəti 27% düşüb və şirkətin gəlirləri iki rüb ardıcıl azalma göstərib.

Şirkətin mənfəətinin azalmasının səbəbi "iPhone” satışlarında baş verən azalmadır.

İkinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə "Apple”in "iPhone” satışları 14,9% azalıb. Şirkət bu dövrdə 40,4 milyon ədəd "iPhone” sataraq ciddi bir gəlir itkisi yaşayıb.

Həmin dövrdə "iPad” satışları 8,7% azalaraq 9,9 milyon, "Mac” (noutbuk və masaüstü) kompüter satışları da 11,4% azalma ilə 4,2 milyon səviyyəsində olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM