Apteklərə qarşı mübarizə gücləndirilib

14:15 | 04.05.2018
Apteklərə qarşı mübarizə gücləndirilib

Apteklərə qarşı mübarizə gücləndirilib

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma halları narahatçılıq doğuran məsələlərdəndir. 

AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
Bakı şəhər prokuroru qeyd edib ki, son dövrlər yol nəqliyyat hadisələrinin araşdırılması ilə əlaqədar müsbət nəticələr əldə edilib:

"Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu mənada cinayət xarakterli yol-nəqliyyat hadisələrinin gizlədilməsi, eləcə də cinayət xarakterli yol nəqliyyat hadisələrinin inzibati xəta kimi rəsmiləşdirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməklə bu sahədə nəzarət artırılıb. Həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda bağlı qalmış cinayətlərin sayı ildən-ilə azalıb". 

İ.Abbasov vurğulayıb ki, xüsusilə narahatlıq doğuran məsələlərdən biri də paytaxtın bir sıra apteklərində vətəndaşlara güclü təsiredici vasitələrin satılmasıdır:

"Bəzi apteklərdə həkim resepti ilə satılmalı olan, bir sıra hallarda isə satılması tamamilə qanunsuz olan, qadağan olunmuş təsiredici vasitələrin vətəndaşlara, xüsusən gənclərə satılması Bakı şəhəri üzrə prokurorluq orqanlarının diqqət mərkəzindədir. Nəticədə paytaxt ərazisində güclü təsir edən maddələri satan apteklərə qarşı mübarizə gücləndirilib və bir neçə aptekin sahibi məsuliyyətə cəlb edilməklə güclü təsir edən maddələrin məktəblilərin, tələbələrin və digər şəxslərin arasında yayılmasının qarşısının alınması sahəsində müsbət irəliləyişlər əldə edilib".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb