Aqrar sahənin inkişafına 5 milyon manat ayrılıbRƏSMİ

11:16 | 14.01.2016
Aqrar sahənin inkişafına 5 milyon manat ayrılıb – RƏSMİ

Aqrar sahənin inkişafına 5 milyon manat ayrılıbRƏSMİ

"2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən aqrar sahənin inkişaf etdirilməsi üçün 5 milyon manat vəsait ayrılıb”.

Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 2015-ci il ölkədəki sahibkarlara 15 milyon 720 min manat kredit verilib:

"Kənd təsərrüfatı layihələri və kreditlərin idarə olunması üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 43 rayonunda aqrar sektorda çalışan 532 sahibkara ümumilikdə 15 milyon 720 min manat məbləğində kredit ayrılıb.

Ayrılmış kreditlərin 5 milyon manatı dövlət büdcəsindən, 10,7 milyon manatı isə əvvəlki illərdən verilmiş kreditlərin qaytarılan hissəsi hesabına təmin edilib.

Kredit əsasən, heyvandarlıq, bitkiçilik, istixanaların quraşdırılması, bağçılıq, quşçuluq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına yönəldilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, verilən güzəştli kreditlər nəticəsində 710 müvəqqəti və daimi iş yerləri açılıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb