Aqşin Yenisey: “Yanıma heç kimi buraxmırlar“

15:04 | 27.05.2014
Aqşin Yenisey: “Yanıma heç kimi buraxmırlar“

Aqşin Yenisey: “Yanıma heç kimi buraxmırlar“

“İynə-dərmanlar öz sözünü deyir, səhhətim yavaş-yavaş düzəlir. Səhhətimdə ciddi irəliləyişin olduğunu hiss edirəm”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada hazırda xəstəxanada yatan şair Aqşin Yenisey bildirdi.

Onun sözlərinə görə, ciyərlərinə yığılan suyun çəkilməsi prosesi uğurla gedir: “Su quruyur artıq, bir şey qalmayıb”.

Dəstəyini əsirgəməyən bütün dostlara öz minnətdarlığını bildirən Aqşin Yenisey indi yanına heç kimin buraxılmadığını söylədi: “Həkimlər məəttəl qalıblar ki, bu avara kimdi axı, yanına bu qədər adam gəlir. Mənə baxan həkimlər isə deyir ki, çox narahat olmamalısan, yaxşı istirahət etməlisən, buna görə də çox adamın gəlməyi, burda bir neçə saat oturmağı doğru deyil. Hətta dostlarımızdan biri o günü burda kitab təqdimatı keçirirdi. Əlbəttə gələnlər məni çox istədiyinə, mənə görə narahat olduqlarına görə gəlirlər. Ancaq həkimlər mənim istirahətə ehtiyacım olduğunu nəzərə alaraq göstəriş veriblər ki, yanıma heç ki buraxılmasın”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM