Aqşinin həkimindən daha bir açıqlama: “Həyatı təhlükədədir”

10:54 | 26.05.2014
Aqşinin həkimindən daha bir açıqlama: “Həyatı təhlükədədir”

Aqşinin həkimindən daha bir açıqlama: “Həyatı təhlükədədir”

Şair Aqşin Yeniseyin vəziyyəti ağır olaraq qalır.

Bunu AzNews.az-a açıqlamasında şairi müalicə edən 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tofiq Süleymanov deyib. Onun sözlərinə görə, Aqşinin sarılığı yüksəkdir: “Ağır xəstədir, sarılığı çox yüksəkdir. Qarnına su yığılıb. Qaraciyər serrozudur”.

T.Süleymanov bildirib ki, şair xəstəxanaya yerləşdiriləndən sonra səhhətində cüzi irəliləyiş var: “Amma böyük həyati təhlükəsi qalmaqdadır. Çünki həm serrozu, həm də sarılığı yüksəkdir. Vəziyyətinin ağırlaşma riski böyükdür”.Qeyd edək ki, səhhəti qəflətən pisləşən Aqşin Yenisey may ayının 23-də yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM