Arda ÇL-in finalında oynayacaq, Dieqo Kosta isə...

14:44 | 19.05.2014
Arda ÇL-in finalında oynayacaq, Dieqo Kosta isə...

Arda ÇL-in finalında oynayacaq, Dieqo Kosta isə...

La Liqanın sonuncu turunda "Barselona" ilə matçda zədələnən "Atletiko"nun futbolçuları Arda Turan və Dieqo Kosta tibbi müayinədən keçib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, müayinədən sonra türk yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı və onun Çempionlar Liqasında "Real"la final matçında iştirak edəcəyi gözlənilir.

Əzələsini dartan D.Kostanın isə zədəsi bir qədər ciddidir. Hücumçunun ÇL-in final görüşündə oynamaq ehtimalının az olduğu bildirilir.

Xatırladaq ki, "Barselona" - "Atletiko" qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Madrid klubu 18 ildən sonra yenidən İspaniya çempionu olub.

Qeyd edək ki, ÇL-in "Real" - "Atletiko" final oyunu mayın 24-ü baş tutacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti