“Arda çox ağıllı futbolçudur” – Simeone

15:10 | 02.10.2014
“Arda çox ağıllı futbolçudur” – Simeone

“Arda çox ağıllı futbolçudur” – Simeone

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Yuventus" üzərində 1:0 hesablı qələbəni şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rəqibin "Real" və "Barselona" səviyyəsində bir komanda olduğunu deyib:

"Güclü rəqibi məğlub etdik. Hər iki komanda daha çox müdafiədə oynadı.  Kiçik nüanslar yekun nəticəyə təsir etdi".

Argentinalı mütəxəssis komandasının qələbə qolunu vuran Arda Turan haqda da danışıb: "Arda bizim üçün xüsusi futbolçudur. O, çox ağıllıdır. Arda taktikanı tez qavrayan oyunçudur.  O, cinahda oynayan futbolçuların hücuma qoşulması üçün əla ötürmələr verir" - deyə D.Simeone bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM