Arda Turan “Mançester Yunayted”də

10:15 | 22.04.2014
Arda Turan “Mançester Yunayted”də

Arda Turan “Mançester Yunayted”də

İspaniyanın “Atletiko” (Madrid) komandasında forma geyinən türkiyəli futbolçu Arda Turan İngiltərə nəhəngi “Mançester Yunayted”ə transfer oluna bilər. 
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın hazırki baş məşqçisi Devid Moyes yaxın günlərdə qovulacaq. Artıq yeni heyət də bəllidir. Mövsümü çox uğursuz keçirən “qırmızı şeytanlar”ın baş məşqçisi postuna isə hazırda Ardanın çıxış etdiyi klubu çalışdıran Dieqo Simeonenin gətiriləcəyi iddia olunur. Qeyd olunur ki, Simeone ingilis komandanın sükanı arxasına keçəcəyi halda sevimli oyunçuları olan Arda Turan və Dieqo Kostanı da özüylə Mançesterə gətirəcək. 
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM