Arda Turan "Barselona" və "Mançester Yunayted"in hədəfində

15:47 | 02.05.2014
Arda Turan "Barselona" və "Mançester Yunayted"in hədəfində

Arda Turan "Barselona" və "Mançester Yunayted"in hədəfində

"Atletiko"nun futbolçusu Arda Turan yenidən Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

Qol.Az-ın eurosport.com-a istinadən yaydığı xəbərə görə, "Barselona" və "Mançester Yunayted" türk yarımmüdafiəçini transfer etmək üçün cari mövsümün başa çatmasını gözləyir.

Təzminat qiyməti 41 milyon avro olan Arda üçün bu məbləği hər iki klubun ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, A. Turan 2011-ci ildə "Qalatasaray"dan Madrid klubuna 12 milyon avroya transfer olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb