Arda Turan: "Ümidimizi hələ də itirməmişik"

13:03 | 24.04.2014
Arda Turan: "Ümidimizi hələ də itirməmişik"

Arda Turan: "Ümidimizi hələ də itirməmişik"

"0:0 hesablı nəticə pis deyil. Biz səfərdə yaxşı oynayan komandayıq. Final yüksələ bilərik və bunun üçün sona qədər mübarizə aparacağıq. "Atletiko" dünyada hər komandanı məğlub edə biləcək gücdəyik. Düzdür, "Çelsi" səddini aşmaq asan deyil. Ancaq  hələ də ümidimizi itirməmişik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasınnı yarımfinalında "Çelsi" ilə oyundan (0:0) sonra "NTV Spor"a açıqlamasında deyib.

Türk yarımmüdafiəçi qarşılaşmaya ikinci hissədə daxil olmasının səbəblərindən də bəhs edib:

"Tam hazır deyildim.  Çox az məşq etmişdim. Buna görə də start heyətdə yer almadım".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM