ARDNF gələn il üzrə xərclər smetasının detallarını açıqladı

17:37 | 30.12.2015
ARDNF gələn il üzrə xərclər smetasının detallarını açıqladı

ARDNF gələn il üzrə xərclər smetasının detallarını açıqladı

 Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin idarə olunması ilə bağlı xərclər smetasının detalları açıqlanıb.
 
Fonddan "APA-Economics”ə verilən xəbərə görə, xərclərin ümumi dəyəri 24 mln. 420 min manatdır.
 
Fond 2016-cı ildə əməyin ödənişi üzrə 6 029,968 min manat, malların (işlərin və xidmətlərin) satın alınması üzrə 3 202,660 min manat, qrantlar və digər ödənişlər üzrə 422 min manat, təqaüdlər və sosial müavinətlər üzrə 100 min manat, icarə və muzdlu xidmətlər üzrə 85 min manat, bank xərcləri üzrə 1 mln. 806 min manat, qeyri-maliyyə aktivlərinin alınması üzrə 7 mln. 073,010 min manat xərcləyəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM