ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum oldu

13:48 | 12.07.2016
ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum oldu

ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum oldu

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

ARDNF-dən ANN.Az-a verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunan təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif verən "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi elan olunub. 

Məlumata görə, "Dövlət Neft Fondu haqqında Əsasnaməyə" uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM