Çarli Çaplini bizə sevdirən 7 filmi - SİYAHI+VİDEO

20:31 | 27.10.2014
Çarli Çaplini bizə sevdirən 7 filmi - SİYAHI+VİDEO

Çarli Çaplini bizə sevdirən 7 filmi - SİYAHI+VİDEO

1. Balaca (The Kid) - 1921-ci ilRəssam əri tərəfindən atılan Edna yenicə doğulan uşağına baxa bilmir və o, yaxşı həyat ümidi ilə körpəsini zəngin məhəllədəki lüks avtomobilin içinə qoyur. Amma qadın az sonra buna peşiman olur, geri döndüyündə isə artıq gec olur. Təsadüf elə gətirir ki, oğrular həmin maşını qaçırır və yalnız çox sonra onlar avtomobildə körpə olduğunu bilirlər. Oğrular həmin körpəni kasıb məhəlləyə atıb qaçırlar. Uşağı tapan isə Çarli Çaplin olur və ona sahiblənmək məcburiyyətində qalır.2. Qızıl hərisliyi (The Gold Rush) - 1925-ci ilAvara (Çarli Çaplin) Alyaska Qızıl hərisliyində iştirak etmək üçün Yukona gedir. Pis hava onu uzaq bir dağ-mədən kəşfiyyatçısı Qara Larsenin (Tom Mürrey) yaşadığı bir daxmaya gətirir. Buradan canını qurtarmış qaçqın onların, yəni qaçqınla kəşfiyyatçının yolları ayrılandan sonra kəşfiyyatçının tələbi ilə onlar döyüşürlər. Uzun çəkən döyüşdən sonra Böyük Cim (Mak Sveyn) Qara Larsenə qalib gəlir və onun evində qalacağını deyir. Vəziyyəti qiymətləndirən avara da sığınacaqda qalmaq üçün qalib Cimin tərəfini saxlayır. Nəticədə onların üçü də daxmada qalır və hadisələr bundan sonra başqa məcraya yönəlir.3. Sirk (  The Circus)  - 1928-ci il  Film Çarlinin qastrolda olan sirkdəki macəraları haqqında qəmli komediyadır. "Sirk" onun ən məşhur və uğurlu filmlərindəndir. Burada komik və lirik elementlər uyğunlaşdırılıb. Çarli Çaplinin satirik istedadı insanlara nələrin mane olduğunu görüntü ifadə vasitəsilə aşkar göstərir.4. Böyük şəhərin işıqları (City Lights)  - 1931-ci ilBir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur. Mütəəssir olmuş avara qıza qalxmağa kömək edir.Bir gün avara sərxoş vəziyyətdə özünə qəsd etmək istəyən ekssentrik milyonçunun həyatını xilas edir. Lakin avara milyonçuda çox qəribə bir xüsusiyyət müşahidə edir. Milyonçu sərxoş olanda avaraya ən yaxın dostu kimi yanaşır. Ancaq ayılandan sonra onu tanımır və öz evindən qovur.Avara öyrənir ki, Vyanadakı göz klinikasında əməliyyat qızın görməsinə səbəb ola bilər. Bunun üçün pul əldə etmək istəyən avara müxtəlif yollara əl atır. Küçələri gəzir, rinqdə boksla məşğul olur. Lakin təsadüfən sonra yenidən sərxoş və son dərəcə əliaçıq milyonçu ilə rastlaşır. Bədbəxtlikdən milyonçu ona pulları evinə oğrular girən vaxt verir. Artıq götürdüyü pulları gülsatan qıza çatdıran avaradan oğurluq etdiyi ilə bağlı şübhələnməyə başlayırlar. Onu həbsxanaya atırlar.Avara isə həbsxanadan əvvəlkindən də pis vəziyyətdə çıxır. Bütün bu vaxt ərzində artıq gözlərinin müalicəsi uğurla başa çatmış qız gül dükanı açıb. Gülsatan qız heç vaxt öz "xilaskar"ının üzünü görməyib və həmişə bunun arzusundadır. Qız onu xəyalında varlı və gözəl təsəvvür edir. Həbsdən çıxmış avara təsadüfən həmin gül dükanının qarşısından keçir və sevinclə artıq gözləri açılmış qıza tamaşa edir. Qız yaxınlaşıb ona qəpik və gül vermək istəyəndə o, qaçmağa çalışır. Çünki avara öz görkəmindən utanır, qızla danışmaqdan çəkinir. Lakin qız əlinə toxunanda onu tanıyır. Onlar diqqətlə br-birinə baxırlar. "Siz?" – deyə qız təəccüblənir. Başı ilə təsdiq edən avara: "Artıq siz görürsünüz?" – deyə ondan soruşur.Filmin həmin final səhnəsi dünya kinematoqrafiyasının tarixində ən kəskin və heyrətə layiq sonluqdur.5. Müasir dövlər - (Modern Times) - 1936Ağır şərtlər altında zavodda çalışan Çarli Çaplin buna döz bilmir və ağlını itirir. Psoxoloji disponserə yerləşdirilən Çarli artıq işini itrir. Xəstəxanadan çıxandan sonra artıq o bir avaradır. Bu zaman o, bir qızla tanış olur və bundan sonra Çarlinin yeni sərgüzəştləri başlayır. 6. Böyük diktator (The Great Dictator) - 1940Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür.İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir.Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir. Orada xüsusi zabitlər qoyulur. Lakin bərbərin bundan xəbəri olmur. O, 20 il komada olur. Xəstəxananı tərk edəndən sonra öz bərbərxanasına gəlir və buranı qaydaya salmağa başlayır. Bərbər öz işinin başına qayıdır. Bu zaman zabitlərdən biri bərbərxananın şüşəsinə "yəhudi" sözü yazır. Bərbər onu saxlamaq istəyəndə vuruşma başlayır. Və bu dəmdə bərbərin qonşusu gözəl və cazibədar Hanna ona kömək edir. Hətta zabitlər gedənə qədər bərbəri öz evində saxlayır. Bir qədər sonra zabitlər tökülüb gettoya gəlir. Və bərbəri tuturlar. Onu təsadüfən Şultsun gəlişi xilas edir. O Şults ki, bir vaxtlar müharibədə bərbər onu xilas etmişdi. Bu illər ərzində Şults böyük bir mövqeyə gəlib çatmışdı...Hinkel bütün dünyaya hökmranlıq etmək fikrinə düşür. Bu fikri həyata keçirməyə ilk yol kimi Osterlixi (Avstriyaya işarə) zəbt etməyi görür. Amma heç bir dövlət Tomaniyaya kredit vermir. Yeganə pul verə biləcək adam yəhudi bankir Epşteyndir. Epşteyni ələ almaq üçün Hinkel yəhudilərin təqibini dayandırmağı əmr edir. Bundan sonra gettoda vəziyyət müəyyən qədər sabitləşir. Zabitlər daha mülayim olurlar. Bərbər Birinci dünya müharibəsinə qədər olduğu kimi yenə də öz sənətilə məşğul olmağa başlayır. Getdikcə bərbər və Hanna bir-birlərinə qarşı ciddi hisslər keçirməyə başlayırlar.Bankir isə diktatorun müraciətinə etiraz edir. Diktator yəhudilərin daha böyük miqyasda təqibinə göstəriş verir. Zabitlər gettonu dağıtmağa başlayırlar. Bərbərlə Hanna dama çıxaraq canlarını qurtara bilirlər.7. Sahnə işıqları (Limelight) - 1952-ci ilFilmdəki hadisələr 1914-cü ili əhatə edir. Qoca və işsiz kloun Kalvero (Çaplin) intihar etmək istəyən balerina Terrini (Kler Blum) xilas edir. Kalvero həkim çağırır, balerinanın qayğısına qalır. Xeyli müddət ona qulluq edir və balerina gəzməyə, hətta bir müddət sonra yenidən səhnəyə çıxmağı bacarır. Amma bu dəfə Kalveronun işləri düz gətirmir və o, depressiyaya düşür. İndi isə dostunu xilas etmək növbəsi balerina Terridədir və o, buna nail olur. Müəyyən müddət sonra balerina Kalvero ilə evlənmək istədiyini dilə gətirir, əslində Kalvero da ona etinasız deyil, amma qoca kloun düşünür ki, bu, sadəcə mümkün deyil. O, hazırkı durumunun buna yol vermədiyini düşünüb min bir bəhanə ilə balerinadan ayrılır.Bir qədər sonra isə Terri gənc və böyük uğurlar qazanmağa başlayan bəstəkar Nevillo ilə tanış olur və bundan sonra Kalveronun Terridən qaçmasına səbəb qalmır. Bir gün Kalveronun keçmiş populyarlığını bilən və bunu səhnələşdirmək istəyən rejissor Kalveronun şərəfinə benefis təşkil edir. Kalvero səhnədə keçmiş, həm də yaddaqalan tamaşalarından birini oynayır və daha sonra yeni səhnəyə keçir. Bu dəfə isə onun tərəf müqabili keçmiş dostlarından biri (Baster Kiton) olur. Finalda Kalvero orkestrin yamasına yıxılır və infarkt keçirir. Səhnədə isə hələ tamaşa davam edir və Terrinin nömrəsi başlayır. Ağır vəziyyətdə olan Kalvero xahiş edir ki, onu səhnənin kulisinə aparsınlar ki, o, Terrinin rəqsinə tamaşa edə bilsin. Beləliklə də qoca kloun səhnədə ölür.Hazırladı NurayANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM