"Arsenal"ın ən yaxşı futbolçusu bəlli oldu

17:43 | 20.05.2016

"Arsenal"ın ən yaxşı futbolçusu bəlli oldu

"Arsenal"da 2015/2016 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, azarkeşlər komandanın yarımmüdafiəçisi Məsut Özili mövsümün ən yaxşısı seçiblər.

Ötən mövsüm 45 oyuna çıxan türk əsilli alman futbolçu 3939 dəqiqə meydanda olub. Bu müddət ərzində 8 qol vuran 27 yaşlı futbolçu 20 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Özil 2013-cü ildə 46 milyon avro müqabilində Madrid "Real"ından "Arsenal"a transfer olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb