AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb.
İqtisadiyyat
12:35 | 08.10.2019
AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb.
PAYLAŞ
Son zamanlar bank sektoru, həmçinin "AtaBank”
ASC barəsində qərəzli xoşagəlməz xəbərlər yayılır.
Bununla bağlı AtaBank xəbərləri yaymış
saytların ictimaiyyətə yanlış məlumatların verilməsi halından təəssüfləndiyini
bildirir və bununla bağlı aşağıdakıları çatdırmaq istəyir.
Belə ki, AtaBank bildirmək istəyir ki, bankın
fəaliyyəti haqda mətbuatda işıqlandırılmış bu xəbər heç bir fakta əsaslanmır.
Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar
aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin
olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət
yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri
davam etdirir.
Bankın mövqeyi öyrənilmədən, jurnalist
etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq
yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır.
Həmçinin vurğulamaq istərdik ki, dövlətin
bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən
bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız
iddialar yaymamağa çağırırıq.