"Atəşgah" məbədinin açılışı oldu - FOTOLAR

17:07 | 15.05.2015

"Atəşgah" məbədinin açılışı oldu - FOTOLAR

Bu gün Mədəniyyət və Turizm Nazirliyi UNESCO-nun "Dünya irsinin ilkin siyahısı”na daxil edilən "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yenidənqurma işlərinin tamamlanması münasibətilə bir qrup jurnalistlər üçün infotur təşkil edib.

Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib. 

"Atəşgah”ın 24 hücrəsi var. Hər hücrədə fərqli ekspozisiyalar yaradılıb. Bu ekspozisiyalar əsasən beynəlxalq layihələr üzrə həyata keçirilib. Hər hücrənin öz təyinatı var. Atəşpərəstlik və zərdüştlük ən qədim dinlərdəndir. 

ANN.Az "Atəşgah” məbədindən hazırlanan fotosessiyanı oxuculara təqdim edir.

Fotoların müəllifi Fərqanə Novruzovadır



 











































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb