Avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu

23:21 | 26.11.2014
Avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu

Avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu

Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Çelsi"nin qalib gəldiyi "Şalke" ilə oyun (3:0) komandanın hücumçusu Didye Droqba üçün əlamətdar olub.ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, "Şalke" ilə səfər matçının 76-cı dəqiqəsində fərqlənən 36 yaşlı futbolçu Çempionlar Liqasında 44-cü qolunu vurub. Bununla da Fil Dişi Sahili yığmasının üzvü avrokuboklarda vurduğu qolların sayını 50-yə yüksəldib. Droqba avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb.Qeyd edək ki, Çempionlar Liqasında 44 qol vuran Droqba "Marsel"in heyətində 6 dəfə də avroliqa oyunlarında fərqlənib.    ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb