Avropa Liqasında yarımfinal oyunları - NƏTİCƏLƏR

09:12 | 25.04.2014
Avropa Liqasında yarımfinal oyunları - NƏTİCƏLƏR

Avropa Liqasında yarımfinal oyunları - NƏTİCƏLƏR

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.Apasport.az-ın verdiyi xəbərə görə, ilk oyunlar Pireney yarımadasında baş tutub. İspaniyada iki yerli klub – “Sevilya” və “Valensiya” üz-üzə gəlib. Son illər həmyerlilərini məğlub etməkdə ixtisaslaşan “Sevilya” bu dəfə də ənənəyə sadiq qalıb. İlk hissədə 2 qol vuran sevilyalılar Valensiyaya nisbətən rahat yollanacaqlar. “Benfika” isə Portuqaliyada “Yuventus”la görüşüb. 21 il əvvəl UEFA kubokunun 1/4 finalında lissabonluları mübarizədən kənarlaşdıran “Yuventus” neçə vaxtdır həsrətində olduğu finala vəsiqə iddiasındadır. 1968-ci ildə Kuboklar kubokunun yarımfinalında 2 dəfə turinlilərə qalib gələn “Benfika” isə 46 il sonra yenidən rəqibini dayandırmaq istəyir. Portuqaliyada keçən gərgin oyun "Benfika"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdakı sürüşkən fərq İtaliyadakı oyunun da gərgin olacağına təminat verir.  “Sevilya” (İspaniya) – “Valensiya” (İspaniya) - 2:0 Qollar: M Bia, 33; Bacca, 36 “Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 2:1Qollar: Garay, 3; Lima, 84 - Tevez, 73ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM