Avropa Oyunları dünyanın 100 ölkəsində göstərilir

14:11 | 18.06.2015
Avropa Oyunları dünyanın 100 ölkəsində göstərilir

Avropa Oyunları dünyanın 100 ölkəsində göstərilir

"Bakıda keçirilən I Avropa Oyunları Avropanın 45 ölkəsində yayımlanır”.

Modern.az bildirir ki, bu məlumatı Beynəlxalq İdman Yayımı (International Sports Broadcasting) şirkətinin prezidenti və icraçı direktoru Manolo Romero verib. O qeyd edib ki, oyunlar təkcə Avropada deyil, dünyanın dünyanın 100 ölkəsində göstərilir.

"Ümumilikdə 1000 saata qədər yayım nəzərdə tutulsa da, bir az artıq oldu. Bu günə qədər yalnız peyk vasitəsi ilə 800 saatdan çox yayım təşkil etmişik. Yayımlar ərəb və fars dillərində də təşkil olunub.

Bunun nəticəsidir ki, təkcə ərəb ölkələrində 10 milyondan artıq tamaşaçı açılış mərasimini izləyib. Dünyanın 30 ölkəsi Avropa Oyunlarının açılışını canlı verib. Ümumilikdə hər ölkədə gün ərzində 5,7 saat yayım həyata keçirilib.  

Bundan başqa rəqəmsal kanallar vasitəsi ilə də yayım həyata keçirilir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb