Avropa Oyunları ilə bağlı sərgi keçirildi - REPORTAJ

15:28 | 21.05.2015
Avropa Oyunları ilə bağlı sərgi keçirildi - REPORTAJ

Avropa Oyunları ilə bağlı sərgi keçirildi - REPORTAJ

Rüstəm Qasımov 

Azərbaycanın Müstəqillik Muzeyində  Beynəlxalq Muzeylər Günü çərçivəsində Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015” adlı sərgi keçirilib. 
 
 

Muzeyin rəhbəri Fəridə Şəmsi çıxışında bildirib ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildən keçirilir. Bu gün bütün muzeylərdə "Açıq qapılar günü” elan olunub. Xüsusi qonaqlar qismində tədbirə qatılanlar arasında cüdo üzrə birinci olimpia çempionu Nazim Hüseynov və olimpia çempionu Namiq Abdullayev də var idi. 
 

 

Sərgi Avropa Oyunlarına həsr olunub. Rəsmlərə baxdıqda anlayırsan ki, rəssamlarımız əllərindən gələni ediblər. Sərgidə 50 rəsm işi nümayiş olunurdu. Sərginin təşkilatçıları tədbirin yaxşı keçməsi üçün hər şey etmişdilər. Musiqili proqram, uşaqların dilindən şeirlərin və mahnıların səslənməsi tədbirə xüsusi gözəllik qatmışdı. 
 

 

Tədbirdə Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirdi.  
 
 

Sərgilənən rəsmlər gözəl və maraqlı idi. 
 
 

Sərgidə iki rəsm diqqətimi çəkdi. Onlardan biri Azərbaycanın istedadlı rəssamı Günel Ravilovaya məxsus idi. Onun rəsmlərini digərlərindən fərqləndirmək olmur. Rəsmin adı "Üç top” adlanırdı. 
 


"Lentlə Gimnast” adlı bu rəsm əsəri artıq Parisdə sərgilənib və xoş notlar alıb.  
 
 

Diqqətimi çəkən digər rəsm "Gimnastika” adlanır. Onun müəllifi Könül İsmayılovadır. Könül İsmayılova məşhur azərbaycanlı rəssam Emin Qəhramanovun tələbəsidir. 
 
 

ANN.AZ portal sizi Azərbaycanda keçirilən mədəni tədbirləri diqqətdən kənar saxlamır. Bunlardan biri də Avropa Oyunları ilə bağlı təşkil olunmuş sərgi idi. 








 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb