Avropalı qadınlar cinsi xidmət üçün İŞİD-ə qoşulur

20:58 | 29.08.2014
Avropalı qadınlar cinsi xidmət üçün İŞİD-ə qoşulur

Avropalı qadınlar cinsi xidmət üçün İŞİD-ə qoşulur

İŞİD-ə simpatiyası olan bəzi müsəlman qadınlar “cinsi cihad” üçün Suriyaya və İraqa gedir.

 

Axar.az bu haqda “Malayziya İnsayder” saytına istinadən xəbər verir. Sayt bildirir ki, üç malayziyalı qadın İŞİD üzvlərinin cinsi tələbatını ödəmək üçün bu təşkilata qatılıb.

 

Malayziya təhlükəsizlik orqanının məsul şəxslərindən birinin verdiyi məlumata görə, 30 yaşlı bir malayziyalı qadın dekabr ayında Türkiyəyə gələrək burada özünə sərhədi keçməyə kömək edəcək adam tapıb və beləcə Suriyaya gedib.

 

Malayziyalı qadınlarla bərabər avstraliyalı və ingilis qadınların da eyni məqsəd üçün İŞİD-ə qatıldığı söylənib.

 

Adı çəkilməyən səlahiyyətli şəxslərdən biri İraqın Mosul şəhəri İŞİD tərəfindən ələ keçirildikdən sonra ailəli olmayan qadınların cinsi məqsəd üçün oraya göndərilməsi haqda əmr verildiyini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb