Avtobus dayanacağından 25 min manat tapdı - VİDEO

14:05 | 15.10.2016
Avtobus dayanacağından 25 min manat tapdı - VİDEO

Avtobus dayanacağından 25 min manat tapdı - VİDEO

Türkiyədə Hənifə adlı qadın avtobus dayanacağından təxminən 25 min manat tapıb. Qadının tapdığı pullar məhz Azərbaycanın manat əskinaslarıdır.

ANN.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ədirnəqapıda avtobus dayanacağında sahibsiz bir paketin olduğunu görən Hənifə, ilk olaraq paketdən şübhələnib. 

Lakin paketi açdıqdan sonra içərisində pulun olduğunu görən Hanife, dərhal polisə gedib. Polis əməkdaşları Hənifəyə nümunəvi addımına görə təşəkkür ediblər.

Bildirilir ki, paketdə təxminən 25 min manat pul olub. 

Evə dönən Hənifə, pulun sahibini tapmaq üçün sosial şəbəkələrdə kampaniyaya başlayıb. 

Tapdığı pulların sahibinə qaytarılmasının ən böyük istəyi olduğunu deyən Hənifə, "İnşallah pul sahibinə çatdırılar. Mən restoranda işləyirəm. Alnımızın təri ilə çalışaraq qazandığımız pulu yeyirik. Usta yanında köməkçiyəm. Haram pul yemirik” sözlərindən istifadə edib. 

Polis pulun sahibinə qaytarılması üçün araşdırmalara başlayıb.
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb