Avtomobil eşşəklə toqquşdu: 2 ölü, 2 yaralı

12:53 | 23.11.2013
Avtomobil eşşəklə toqquşdu: 2 ölü, 2 yaralı

Avtomobil eşşəklə toqquşdu: 2 ölü, 2 yaralı

Türkiyənin Adıyaman şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Məlumata görə, Kahta rayonunun Akdoğan kəndi yaxınlığında minik avtomobili 78 və 73 yaşlı ər-arvadın mindiyi eşşəyi vurub. Qəza nəticəsində yaşlı cütük hadisə yerində keçinib. Avtomobilin sürücüsü və sərnişini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıb. Qəzada avtomobilin zərbəsinə tuş gələn eşşək isə tələf olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM