Ayaz Mütəllibov: "Bu, Müsavat Partiyasının manipulyasiyalarından biridir"

13:45 | 29.10.2015
Ayaz Mütəllibov:

Ayaz Mütəllibov: "Bu, Müsavat Partiyasının manipulyasiyalarından biridir"

Parlament seçkilərinə az qalmış Müsavat Partiyası iştirakdan imtina etdi və bu addım namizədlərin sayının dəyişməsinə səbəb oldu.  
 
Partiya rəhbəri Arif Hacılı imtinanın səbəbini bu cür açıqlayıb: "Siyasi məhbusların həbsdən azad edilmədiyini, seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını, seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğunu, namizədlər arasında ayrı-seçkiliyə yol verildiyini, "Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyini, bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını əsas gətirən Divan üzvləri müvafiq qərar qəbul ediblər. Bu qərara görə, Müsavat Partiyası 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirakını dayandırır”.

Müsavat Partiyasının seçkilərdən imtina etməsi seçkinin ümumi gedişatına təsir edəcəkmi? Partiyanın bu addımı atmasında siyasi maraqlar varmı? Partiya rəhbərinin qərarı ilə digər üzvlərin qərarlarının fərqli olmasının əsas səbəbi nədir?

Azərbaycanın sabiq prezident Ayaz Mütəllibov ANN.Az-a açıqlamasında seçkiöncəsi baş verən proseslərin təsadüfi olmadığını deyib: "Yəqin kimlərinsə bu məsələdə öz maraqları var. Avropa tərəfdən də bəzi hallarda vaxtaşırı təzyiqlər olur. Eyni zamanda, yəqin ki, Müsavat Partiyasının da elə bu addımı atmaqda hansısa maraqlar var. Hesab edirəm ki, partiyanın rəhbərinin seçkidə iştirak etməməsi haqqında açıqlaması və pariyanın digər üzvülərinin iştirak etmək istəməsi partiyadaxili məsələdir. Bütün bunlarla yanaşı vurğulayım ki, Müsavat Partiyasının seçkilərdə iştirak etməməsi seçkilərin gedişatına heç bir təsir göstərməyəcək. Bu sadəcə olaraq Müsavatı Partiyasının seçkiqabağı manipulyasiyalarından biridir”.
 
Ayaz Mütəllibov bu kimi halların əvvəlki seçkilər zamanı da olduğunu xatırladıb:  "Hər hansı siyasi qurumun seçkidə içtirakdan imtina etməsi faktından ola bilsin ki, qərb dairələrinin bəzi üzvləri istifadə etsinlər. Qərb bəzi siyasi məqamları bəhanə edib Azərbaycana təzyiq göstərəcək.  Amma bunun özü mənfi mənada heç bir təsir bağışlamayacaq”.

Xatırladaq ki, parlament seçkiləri noyabr ayının 1-də keçiriləcək. 

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb