Aytən Səfərova "Maşın"dakıları təhqir etdi - VİDEO

10:42 | 12.06.2018
Aytən Səfərova

Aytən Səfərova "Maşın"dakıları təhqir etdi - VİDEO

Dünən "Maşın" realiti-şousundan kənarlaşdırılan Aytən Səfərova digər iştirakçıları təhqir edib.

Aparıcı ona qarşı qurulan plandan təəccüblənib və bu sözləri deyib:

"Sizin kimi çaqqallarla yox, Abbas kimi şirlərlə mübarizə aparmaq şərəfli olardı".

Ona verilən "Sizcə, ən güclü və ən zəif iştirakçılar kimlərdir?" sualına isə bu cür cavab verib:

"Burada zəif, ya da güclü iştirakçı yoxdu. Burada hiyləgər, namərd, nadürüst, arvad sözü ilə oturub duran, mamasının sözünə görə papasını dalından vuran "gədə-güdə"lər var".
 
milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM