AzadlıqRadiosunun Bakı ofisi polis nəzarəti altında - VİDEO

18:18 | 26.12.2014
AzadlıqRadiosunun Bakı ofisi polis nəzarəti altında - VİDEO

AzadlıqRadiosunun Bakı ofisi polis nəzarəti altında - VİDEO

Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakıdakı ofisini möhürləyərək polisə təhvil veriblər.

Azad Avrop AzadlıqRadiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib.
 

 
 
 
 
 
- AzadliqRadiosunun Bakı bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.
 
Nenad Pejic bildirib ki, Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan AzadliqRadiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanının tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək.
 
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM