AZAL-ın prezidenti: Saziş məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək

15:31 | 06.04.2016
AZAL-ın prezidenti: Saziş məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək

AZAL-ın prezidenti: Saziş məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək

Bu gün Azərbaycan mülki aviasiyasının tarixində önəmli hadisə baş verdi - biz Amerika Birləşmiş Ştatları ilə Hava nəqliyyatı haqqında Hökumətlərarası Sazişi imzaladıq.

Oxu.Az xəbər verir ki, bu sözləri AZAL-ın prezidenti Cahangir Əsgərov bu gün ABŞ ilə aviadaşıyıcıların liberallaşdırılması üzrə imzalanan müqaviləyə münasibət bildirərkən deyib.

"Sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək və şübhəsiz ki, Azərbaycan və ABŞ-a məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir edəcək”.

"Ona görə də bu saziş, həmçinin "Open Sky”, yəni "Açıq Səma” sazişi adlanır”, - deyə C.Əsgərov əlavə edib.

2014-cü ildə AZAL Nyu-Yorka müntəzəm uçuş yerinə yetirib. Bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənib və Azərbaycana Aviasiya təhlükəsiziyi üzrə "1-ci Kateqoriya” verilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb