Azərbaycan
Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək
məqsədilə "Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər
bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart
məhsulu - "Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan
faydalana bilər.
"Sahibkart”
plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan
müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil
olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri
nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri "Sahibkart”la
hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri
bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq,
hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar
bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın
xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait
nağdlaşdıra bilərlər.
Azərbaycan
Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə
"Sahibkart”la da qoşulmaq mümkündür. "Sahibkart” əldə etmək istəyən müştəriyə
yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına
bağlana bilər.
Azərbaycan
Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi
Qasımov deyib: "Xüsusilə kiçik və orta
sahibkarlar "Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən
hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər.
Kiçik və orta sahibkarlarımızı filiallarımızdan "Sahibkart” əldə edib bu
imkanlardan yararlanmağa çağırırıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !