Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

19:25 | 09.07.2023
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Federasiyadan  verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Yığma iyulun 10-da Bakıya qayıdacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb