Azərbaycan daha nələrə hazır olmalıdır? - POLİTOLOQ

15:51 | 23.12.2016
Azərbaycan daha nələrə hazır olmalıdır? - POLİTOLOQ

Azərbaycan daha nələrə hazır olmalıdır? - POLİTOLOQ

"Terror hadisələrinin çoxu Azərbaycana yaxın ölkələrdə törədilməsinə baxmayaraq, ölkəmiz öz stabilliyini qoruyub saxlaya bilib”

 

ANN.Az xəbər verir ki, bu sözləri politoloq Fikrət Sadıqov "2016-ci il Azərbaycan xarici siyasətinin yekunları"na həsr olunmuş tədbirdə deyib.


Politoloqun sözlərinə görə, bu il digər illərlə müqayisədə, dünya ölkələrində daha çox terror hadisəsi baş verib:


"Terror hadisələrinin çoxu Azərbaycana yaxın ölkələrdə törədilməsinə baxmayaraq, ölkəmiz öz stabilliyini qoruyub saxlaya bilib. Belə bir şəraitdə sabitliyi qorumaq həqiqətən çətindir. Burada peşəkarlıq, xarici siyasəti düzgün təşkil etmək və.s tələb olunur. Biz bunlara əməl edib, qonşu dövlətlərlə əlaqələri normal səviyyədə saxlaya bilmişik. Nəinki, normal səviyyədə saxlaya bildik, hətta inkişaf etdirdik. Həmçinin bir sıra incə addımlarımızı da atdıq. Qıcıqlandırmadan, öz sözümüzü deyib, baş verən hadisələrlə bağlı öz mövqeyimizi də bildiririk”.


"2016-ci ildə ölkəmizə bir çox ölkə rəhbərliyi rəsmi səfərə gəlib. Bu səfərlərin də Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycana səfərə gələn İsrailin baş naziri Netanyahu ilə danışıqlar aparılması bir çox ölkələri narahat etdi. Ancaq biz buna əhəmiyyət vermədən öz maraqlarımıza uyğun addım atıb, danışıqları və əlaqələri daha da sıxlaşdırmağa qərar verdik”, - deyə politoloq əlavə edib.

 

Qarabağda sülh məsələsinə toxunan politoloq, problemə digər dövlətlərin tək tərəfli deyil, ikili yanaşdıqlarını deyib:


"Bəzən ölkəyə gələn ABŞ rəsmiləri Qarabağla bağlı çıxışları zamanı bildirirlər ki, Azərbaycan və Ermənistan hələ də sülh şəraitinə hazır deyil. Bu işlərin içərisində olan bir şəxs kimi anlamıram ki, torpaqları işğal edilən, hücuma məruz qalan bizik, ancaq kənardan hələ də sülhə hazır olmadığımızı deyirlər. Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız işğal olunub. Bu məsələ ilə bağlı bir sıra qərar və qətnamələr də var. Bundan sonra daha nələrə hazır olmalıyıq?! Yenidən torpaqlarımızı kiməsə verməliyik?! Bütün bunlar əsl ikili standartlar, ikili yanaşmalardır”.


Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM