"Azərbaycan Dəmir Yolları"nın dövlət büdcəsinə olan borcu açıqlandı

16:35 | 23.05.2016

"Azərbaycan Dəmir Yolları"nın dövlət büdcəsinə olan borcu açıqlandı

 2015-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 4 mln. 773,3 min manat və ya 3,5 dəfə, 2014-cü illə müqayisədə 3 mln. 425 min manat və 2 dəfə artaraq 6 mln. 660,8 min manata yüksəlib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində yer alıb.
 
Sənəddə qeyd edilib ki, hesabat dövründə QSC üzrə dövlət büdcəsinə olan borcların həcmi 2 mln. 780,9 min manat (4 dəfə) artaraq 3 mln. 702,7 min manat, artıqödəmənin həcmi isə 1 mln. 373,4 min manat (20,2%) azalaraq 5 mln. 435,8 min manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb