Azərbaycan diasporunun inkişafında xidmətləri olan şəxslər mükafatlandırıldı - FOTOLAR

21:18 | 03.06.2016
Azərbaycan diasporunun inkişafında xidmətləri olan şəxslər mükafatlandırıldı - FOTOLAR

Azərbaycan diasporunun inkişafında xidmətləri olan şəxslər mükafatlandırıldı - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə mükafatlandırılan bir qrup şəxsə orden və medallar verilib.

Trend-in məlumatına görə, mükafatlar Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən təqdim edilib.

Qeyd edək ki, iyunun 2-də Prezident İlham Əliyev elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə orden, medal və fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.

Xatırladaq ki, Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir.
 
 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb