Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verildi - FOTOLAR

14:02 | 01.06.2016
Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verildi - FOTOLAR

Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verildi - FOTOLAR

İyunun 1 –də Azərbaycan Dillər Universitetinin Pedaqoji(ingilisdili-alman dili), Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələri üzrə imtahanların gedişi ilə maraqlanan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov tələbələrdən imtahan sualları ilə öncədən tanış olub-olmadıqlarını soruşdu.
 
Universitetdə tələbələr üçün bütün imkanların yaradıldığını bildirən professor imtahan sessiyasının şəffaf, obyektiv, qərəzsiz və qaydalara uyğun keçirildiyini qeyd etdi və onlara bu müddət ərzində uğurlar arzuladı. 
 
Qeyd edək ki, 01 iyun 2016-cı il tarixindən  Azərbaycan Dillər Universitetində  (ADU) yay imtahan sessiyasına start verildi. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə mayın 6-da 33 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, yay imtahan sessiyası əyani şöbədə 01 iyun 2016-cı il tarixindən 07 iyul 2016-cı il tarixinədəkdir. Qiyabi şöbədə isə sessiya müddəti 01 iyun 2016-cı ildən 07 iyul 2016-cı ilədək müəyyən edilsin. Yay imtahan sessiyası 7 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura) əyani şöbələrində aparılır.

Yay imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nəsir Xankişiyev, Tədris şöbəsinin metodisti Aynurə Cəbiyeva, Alman dili kafedrasının əməkdaşı İlham Hümbətov, ADU Tələbə Gənclər Təşkilatının sədri Faiq Məmmədov, ADU Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyevadır. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Əmrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdirinin məsuliyyət daşıdığı qeyd edilib.

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb. Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin edilməsi, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər və fənn müəllimlərinin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazılarının nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub, yoxlanmış yazıların kodlarının dekanlıq tərəfindən açılması və qiymətlərin həmin gün elan edilməsi də əmrdə vurğulanıb. Müstəsna hallarda II növbədə təşkil edilmiş imtahanların yazılarının yoxlanmasının başa çatdırılması və nəticələrin elan edilməsi növbəti iş günündən gec olmayaraq təxirə salına bilər. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. Əmrdə əvvəlki imtahan qiymət cədvəllərinin növbəti imtahana qədər doldurulmasını, fənni tədris edən kafedranın müdiri tərəfindən imzalanmasını və müvafiq qaydada dekanlıqda saxlanılması qeyd olunub. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədi ilə Tələbə təşkilatlarının xidmətlərindən istifadə və onların fəaliyyətinə lazımi şərait yaradılması, imtahan sessiyası dövründə nizam-intizamı qorumaq üçün tədris binalarında müəllim və tələbələrin növbətçiliyini təşkil edilməsi və bu işin səmərəli olmasına nəzarət də əmrdə öz əksini tapıb.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb