Azərbaycan əhalisinin nə qədər pulu var? - RƏSMİ

11:50 | 14.11.2013
Azərbaycan əhalisinin nə qədər pulu var? - RƏSMİ

Azərbaycan əhalisinin nə qədər pulu var? - RƏSMİ

Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri haqqında məlumat yayıb.

ANN.Az-ın məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3130,1 manat və ya orta hesabla ayda 313,0 manat təşkil edib. 

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilən 29,1 milyard manatlıq gəlirin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,3 faizi isə yığıma yönəldilib. 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb