Azərbaycanı “Eurovision”-da o təmsil edəcək

12:03 | 11.12.2014
Azərbaycanı “Eurovision”-da o təmsil edəcək

Azərbaycanı “Eurovision”-da o təmsil edəcək

"Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Azərbaycanı 2015-ci il "Eurovision” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi artıq məlumdur. "Twitter” sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək.

Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir. Sosial şəbəkədə Kaimazanovun - "Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış posterlə fotoları yayımlanıb. AzVision.az həmin fotonu təqdim edir.

Qeyd edək ki, 2015-ci ildə "Eurovision” mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM