Azərbaycan MDB-yə ixracını 30% artırıb

22:02 | 25.05.2016
Azərbaycan MDB-yə ixracını 30% artırıb

Azərbaycan MDB-yə ixracını 30% artırıb

MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 41% azalıb

Azərbaycandan MDB ölkələrinə ixracın həcmi illik müqayisədə 30,21% artaraq cari ilin yanvar-aprel ayları ərzində 164 159,52 min ABŞ dollarına çatıb. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal isə 28,39% azalaraq 524 418,92 min dollar təşkil edib.

Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 6,7%-i, idxalın isə 20,22%-i məhz MDB ölkələrinin payına düşüb.
MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 360 259,4 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% azalma deməkdir.

Rusiyaya ixrac 23,81% azalaraq cari ilin ilk dörd ayı ərzində 78 538,68 min dollar, idxal isə 28,96% azalaraq 387 333,74 min dollara enib. Qeyd edək ki, Rusiya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrin siyahısında cəmi ticarət dövriyyəsinin 9,24%-ni və ya 465 872,42 min dollarını təşkil etməklə ikinci yerdə qərarlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb