Azərbaycanda Açıq Bankçılığın “yol xəritəsi” hazırlanır

16:32 | 24.11.2022
Azərbaycanda Açıq Bankçılığın “yol xəritəsi” hazırlanır

Azərbaycanda Açıq Bankçılığın “yol xəritəsi” hazırlanır

Azərbaycan Mərkəzi Bankı Açıq Bankçılıq üzrə yol xəritəsi hazırlayır. Azərbaycan Mərkəzi Bankının  İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Sahib Həsənov bildirib .

"Hazırda Açıq Bankçılıq üzrə yol xəritəsi hazırlanır. Bu yol xəritəsi 2025-ci ilə qədər olan dövrü əhatə edir”, -  Həsənov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, açıq bankçılıq həm maliyyə alətlərinin, həm də bütövlükdə iqtisadiyyatın inkişafına töhfə verəcək.

Həsənov qeyd edib ki, beynəlxalq standartlar əsasında açıq bank API standartlarının hazırlanması nəzərdə tutulur.
 
Bu gün API standartları dünyanın 60 ölkəsində istifadə olunur.

Həsənov əlavə edib ki, Açıq Bankçılığın tətbiqi üçün Azərbaycan qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bir müddət əvvəl Mərkəzi Bankın rəhbəri Taleh Kazımov maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasını bank üçün prioritetlərdən biri adlandırıb.
 
"Biz Open Banking, fintech-i inkişaf etdirməliyik, istehlakçıların hüquqlarının müdafiəsi üçün hüquqi bazanın yaradılması üzərində işləyirik. Bundan əlavə, planlarımıza yerli reytinq agentliklərinin yaradılması daxildir. Gələcək illər üçün prioritetlərimiz bunlardır", - Kazımov bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb