​Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul etdi

13:22 | 19.10.2015
​Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul etdi

​Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

"Report" xəbər verir ki, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın iki ölkəni birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən "Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıldı, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb