Azərbaycan regionları istehsal üzrə ixtisaslaşacaq

17:08 | 27.05.2015
Azərbaycan regionları istehsal üzrə ixtisaslaşacaq

Azərbaycan regionları istehsal üzrə ixtisaslaşacaq

Azərbaycanda bölgələrin kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması prosesi aparılır. Hazırda bu sahədə alimlər hansı məhsulun hansı zonada yetişdirilməsinin daha münasib olduğunu öyrənirlər.
 
Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir deyib ki, Azərbaycan bu sahədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) da dəstək alacaq.

"Bu bitdikdən sonra ən yaxşı hansı məhsuldursa, onun istehsalını həvəsləndirmək, həm də dövlət təşviqi yolu ilə ola bilsin subsidiyaların artırılması, differensiallaşması yolu ilə həmin sahənin inkişafına dəstək verəcəyik. Belə bir hədəfimiz var. Amma hazırda ixtisaslaşma işində monitorinq aparılır", - H.Əsədov əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM