Azərbaycan teatr aləmində yeni QALMAQAL

17:48 | 22.05.2014
Azərbaycan teatr aləmində yeni QALMAQAL

Azərbaycan teatr aləmində yeni QALMAQAL

Sumqayıt Dövlət Musiqili Dram Teatrında quruluş verilən fransiz yazıçısı və dramaturqu Jan Anuyun “Antiqona” əsəri böyük qalmaqala səbəb olub.

Sumqayıt Teatrından AzNews.az-a verilən məlumata görə, “Antiqona” dövlət sifarişi əsnasında hazırlanır. Sənət adamları iddia edir ki, əsərin tərcüməçisi Sahib Novruz rus dilini bilmir: “Rus dilini bilməyən şəxs belə böyük əsərin tərcüməçi göstərilə bilməz. “Antiqona” əsəri ilk dəfə Azərbaycan dilinə mərhum yazıçı Osman Sarıvəlli tərəfindən tərcümə olunub. Dünya dramaturgiyasının “Hamlet”i kimi qəbul edilən “Anriqona”nı Sahib Novruzov Osman Sarəvəllinin yox, öz tərcüməsi kimi Sumqayıt teatrına təqdim edib. Yəni, müəllif hüququnu pozub. Bunu tamaşanın rejissoru Mərahim Fərzəlibəyov bilsə də, özünü bilməməzliyə vurub”. Məsələyə münasibətini öyrənmək istədiyimiz rejissor, xalq artisti Mərahim Fərzəlibəyov deyilənlərə əsbi reaksiya verdi: “Mən müsahibə vermirəm. Bu əsərin məşqlərinə hələ 10 gündən sonra başlayacayıq”.

Qeyd edək ki, “Antiqona” 2010-cu ildə Dövlət Akademik Milli Teatrının səhnəsində repertuara salınıb. Bir müddət əvvəl xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda tamaşanın məşqləri aparılsa da, sonradan yarımçıq qalmışdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM