Azərbaycan və Rusiya "Yaşıl Kart" sisteminə dair saziş imzalayıb

17:17 | 24.06.2016
Azərbaycan və Rusiya

Azərbaycan və Rusiya "Yaşıl Kart" sisteminə dair saziş imzalayıb

Saziş avqustun 1-dən qüvvəyə minir

 Azərbaycanla Rusiya arasında "Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərivəsində əməkdaşlığa dair saziş imzalanıb. "Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası” adlı seminarda Rusiyanın Yaşıl Kart Bürosunun icraçı direktoru Sergey Razuvan məlumat verib.

Onun sözlərinə görə, saziş ötən gün Bakıda imzalanıb. Sənədin şərtlərinə görə, avqustun 1-dən Azərbaycan vətəndaşları Rusiyada, Rusiya vətəndaşları isə Azərbaycanda törətdikləri sığorta hadisəsinə görə təzminat ala biləcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM